<

Tağı Əhmədovun vəziyyəti pisləşib: Əlil arabasında gəzir-VİDEO

22:35 - 22 İyun 2022 - CƏMİYYƏT

Bakı Metropoliteninin sabiq sədri Tağı Əhmədovun səhhətinin pisləşməsi ilə bağlı xəbərlər yayılıb. 

Manşet.az xəbər verir ki, onun ayaqları tutulub və yeriyə bilmir. Hətta qeyd olunur ki, fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan arabada gəzir. 

Yayılan xəbərlərin doğru olub olmadığına aydınlıq gətirmək üçün Baku TV əməkdaşları Tağı Əhmədovun özü ilə əlaqə saxlayıb. 

Tağı Əhmədov müxbirin suallarını cavabsız qoyaraq “Hərşey yaxşıdır” deyib.

Daha ətraflı Baku TV-nin süjetində:

***

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti pisləşib.

Manşet.az demokrat.az-a istinadən xəbər verir ki, Tağı Əhmədovun ayaqları tutulub, yeriyə bilmir.

Hazırda o, əlil arabasında gəzir. 

Xatırladaq ki, Tağı Əhmədov 1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb.


Loading...

Xəbər xətti

25 İyun 2022