"Ukraynanın bərpası üçün "Marşal planı"na ehtiyac var" - Şolts

22:15 - 22 İyun 2022

"Ukraynanın bərpası üçün "Marşal planı"na ehtiyac var".

Manşet.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışında bildirib.

Kansler Ukraynanın bərpası üçün böyük maliyyə sərmayələrinə ehtiyac olduğunu qeyd edib.

Şolts vurğulayıb ki, lazım olan yardımın həcmini və onun təmin edilməsinin prioritetini qiymətləndirmək üçün beynəlxalq ekspertlər təşkilatı yaradılmalıdır.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Avropa ölkələrinin Ukraynanın bərpasına maliyyə yardımı etməyə başladığını söyləyib.

Makron, həmçinin əlavə edib ki, hərbi cinayətlərin araşdırılması çərçivəsində fransalı ekspertlər, jandarmlar və hüquqşünaslar Ukrayna hakimiyyətinə yardım göstərir.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin