Goranboyda baş verən sel daşqını ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO

22:12 - 22 İyun 2022

Goranboyda baş verən sel daşqını ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Goranboy rayonunun Ağcakənd kəndindən qısamüddətli sel keçməsi və bəzi əraziləri su basması ilə bağlı açıqlama verib.

ASC-nin mətbuat katibi Dilqəm Şərifov  bildirib ki, hazırda əraziyə texnikalar cəlb olunub:

Manşet.az oxu.az-a istinadən xəbər verir ki, idarənin heyəti iş başındadır.

Sel və daşqınların fəsad törətməməsi üçün səhərə kimi tədbirlər görülür. Sədr müavini də artıq əraziyə ezam olunub. Sabah gün ərzində ehtiyac olacaqsa, yaxın ərazilərdən də texnikalar cəlb olunacaq”.

***

Goranboyda güclü yağış bir sıra fəsadlarla nəticələnib.

Manşet.az oxu.az-a istinadən xəbər verir ki, bu gün rayonun Ağcakənd qəsəbəsinə güclü sel gəlib.

Belə ki, sel suları səbəbindən qəsəbənin yolunda avtomobillərin hərəkəti çətinləşib.

Bir neçə avtomobili selin apardığı, evlərə su dolduğu və hazırda yağışlı hava şəraitinin davam etdiyi qeyd edilir.

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin