Rusiya ordusu bu ərazidən geri çəkildi - SƏBƏB?
27 Noyabr 2024
12:46 - 25 İyul 2021
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop sabah Azərbaycana səfər edəcək.
Manset.az "Anadolu" İnformasiya Agentliyinə istinadən xəbər verir ki, M. Şentop Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Bakıda keçirilən ilk toplantısında iştirak edəcək.
27 iyulda keçiriləcək görüşdə Bakı Bəyannaməsinin imzalanma mərasimi olacaq.İclasdan əvvəl M.Şentop Bakıda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edəcək. Parlament sədrləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də qəbul ediləcək.İyulun 28-də TBMM sədrinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü də nəzərdə tutulub.M.Şentopun türk iş adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələrini qəbul edəcəyi, Şuşa və Füzuli şəhərlərinə səfər etdikdən sonra iyulun 29-a Türkiyəyə dönəcəyi bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin