Bu ölkədə parlament buraxıldı - Erkən seçkilər təyin olundu

22:06 - 22 İyun 2022

Bu ölkədə parlament buraxıldı - Erkən seçkilər təyin olundu

Küveytin vəliəhd şahzadəsi Şeyx Məşəl əl-Əhməd əs-Sabah parlamenti buraxmaq qərarına gəldiklərini açıqlayıb.

Manşet.az xəbər verir ki, Küveytin vəliəhdi Şeyx Məşəl əl-Əhməd əs-Sabah Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın adından xalqa müraciət edib. Parlamentin buraxılmasından sonra qanuni və konstitusiya qaydalarına uyğun olaraq ümumi seçkilərin keçirilməsi planlaşdırılır. 

Əl-Sabah, məclisi buraxmaq qərarına gəldiklərini və qanuni və konstitusiya qaydalarına uyğun olaraq ümumi seçkilər çağırdıqlarını açıqlayıb. Konstitusiyanın 107-ci maddəsinə əsaslanan qərarla ölkədəki siyasi vəziyyəti düzəltməyi hədəflədiklərini qeyd edən əs-Sabah, "Milli Məclisi buraxmaq və ümumi seçki çağırmaq qərarına gəldik. Son sözü xalq deyəcək”-deyə o çıxışında bildirib. 

İcra hakimiyyətinin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmədiyinə diqqət çəkən Meşal, bəzi məmurların siyasi sabitliyin təmin olunması, ölkəyə və xalqa xidmət etmək öhdəliyi götürmədiklərini bildirib:

“Milli birliyi təhdid edən və vətəndaşların istəkləri ilə bir araya sığmayan əməllər, təəssüf ki, bununla nəticələndi. Nəhayət, bu, inkişafın yolunu kəsdi”-deyib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin