Xarkovda kənd minaatanlardan atəşə tutuldu - 5 qadın öldü

21:09 - 22 İyun 2022

Xarkovda kənd minaatanlardan atəşə tutuldu - 5 qadın öldü

İyunun 22-də günorta saatlarında Xarkov vilayətinin İzyum rayonunun Prişib kəndinin minaatanlardan atəşə tutulması nəticəsində yerli sakinlər həlak olub.

Manşet.az xəbər verir ki, bunu İzyum vilayəti administrasiyasının rəhbəri Stepan Maselski deyib.
"Kənddə olan çoxmərtəbəli binanın girişində olan 5 qadın ölüb. Atışma 4 saat əvvəl baş verib", - Maselski bildirib.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin