Aİ-yə üzvlüklə bağlı Ukrayna və Gürcüstan arasında gərginlik

20:16 - 22 İyun 2022

Aİ-yə üzvlüklə bağlı Ukrayna və Gürcüstan arasında gərginlik

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ukraynalı deputat və “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiyanı Tbilisinin Avropa İttifaqına üzvlüyü yolunda əngəllər yaratmaqda ittiham edib. Araxamiya isə bu ittihamları rədd edib. 

Manşet.az xəbər verir ki, Qaribaşvilinin sözlərinə görə, Araxamiya ABŞ və Avropadan Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verməməyi tələb edib. Gürcüstanın Baş naziri belə bir məlumatı avropalı və amerikalı tərəfdaşlarından aldığını bildirib. 

"Avropada və ABŞ-da Gürcüstanın namizəd statusu almamasını təkid edən əsas təşəbbüskarlardan biri Ukrayna hakimiyyətinin nümayəndəsi cənab Araxamiya idi. Onlar praktiki olaraq Aİ-yə ultimatum qoydular ki, Gürcüstan namizəd statusu alsa, onlar bundan çox məyus olacaqlar”, – Qaribaşvili deyib.

Bu ittihamlara cavab olaraq ukraynalı deputat gürcü xalqına videomüraciət edib. Araxamiya bəyan edib ki, Baş nazirin dedikləri həqiqətə uyğun deyil və Ukrayna gürcü xalqını Aİ-yə gedən yolda dəstəkləyir.

"Birincisi, mən Avropada olmamışam. İkincisi, ABŞ-da mən konkret olaraq belə bir konsepsiyanın əsaslandırılması ilə məşğul olmuşam ki, marionet hökuməti olan cənab İvanişvili Avropaya getmək istəyən gürcü xalqını qaralayır. Xahiş edirəm, oliqarxın tapşırığı ilə yalan məlumatlar yayan Baş nazirin sözlərinə fikir verməyin”, - deyə deputat bildirib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin