Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı VERİLDİ
24 Aprel 2024
20:05 - 22 İyun 2022
Ukrayna hərbçiləri NATO ilə qarşıdurma üçün hazırlanmış Rusiyanın elit qoşunlarını demək olar ki, tamamilə məhv edib.
Manşet.az "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.
Məlumata görə, Rusiya Federasiyasının qərb hərbi dairəsinin bölmələri Ukrayna Silahlı Qüvvələri tərəfindən darmadağın edilib. Həmin bölmələrdən yalnız Ukraynaya hücum etməkdən imtina edənlər sağ qalıb.
UTX qeyd edib ki, Moskva və Sankt-Peterburqun da daxil olduğu Rusiyanın qərb hərbi dairəsi NATO qüvvələrinə qarşı mübarizə aparmaq üçün xüsusi təlim keçmiş elit dəstələrdən təşkil olunub.
Hazırda onların sırasından çoxlu zabitlər həlak olub, sürücülər çatışmır, piyada qüvvələri isə “canlı divar” kimi istifadə olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin