Fransada yeni koronavirus dalğası BAŞLADI

19:53 - 22 İyun 2022

Fransada yeni koronavirus dalğası BAŞLADI

Fransada COVID-19 pandemiyasının yeni dalğası başlayıb.

Manşet.az xəbər verir ki, bu barədə Fransanın koronavirusa qarşı peyvənd proqramının rəhbəri, epidemiologiya professoru Alen Fişer bildirib.

O, Fransada COVID-19 pandemiyasının yenidən yayıldığını deyib.

A.Fişer ictimai nəqliyyatda tibbi maskaların məcburi istifadə edilməsinin bərpasının tərəfdarı olduğunu söyləyib.

Qeyd edək ki, Fransada koronavirusa yeni yoluxma halları bir ayda üç dəfə artıb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin