“Yaşı çox “xala”lardan əziyyət çəkən, cinsi azlıqların girişdikləri kişilər var” – Tanınmış aktyordan diqqətçəkən paylaşım

19:14 - 22 İyun 2022

“Yaşı çox “xala”lardan əziyyət çəkən, cinsi azlıqların girişdikləri kişilər var” – Tanınmış aktyordan diqqətçəkən paylaşım

“Cəmiyyətdə az və ya çox formada hamının hüququ qorunur: qadının, uşağın, LGBT+ fərdinin, küçə heyvanlarının, bircə kişilərin hüquqlarından başqa”.

Manşet.az sfera.az-a bildirir ki, bunu tanınmış aktyor Sənan Əlləz deyib. O, sözügedən toxunmazlıqlar və hüquqlardan bəhs edib:

“Yaşı çox “xala”lardan əziyyət çəkən, cinsi azlıqların girişdikləri, abırlarını sıxaraq “lənət sənə kor şeytan” deyən, içkili vəziyyətlərindən istifadə edib hamilə qalan “gözəl”lərdən xilas ola bilməyən, “ceyran” tərəfindən inək kimi sağılan amma ailəsinin qorxusundan səsini çıxara bilməyən, şantaj olunan kişilər var”.

Aktyor qeyd edib ki, arada kişi hüquqlarından da danışmaq lazımdır: “İmam üçün ağlayanda, bir ağız da yezid üçün ağlayın”.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin