Gömrük generalı ilə bağlı QƏRAR VERİLDİ

19:10 - 22 İyun 2022

Gömrük generalı ilə bağlı QƏRAR VERİLDİ

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimata baxılıb.

Manşet.az APA-ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin