İçərişəhərdə aparılan tikinti ilə bağlı RƏSMİ AÇIQLAMA

18:35 - 22 İyun 2022

İçərişəhərdə aparılan tikinti ilə bağlı RƏSMİ AÇIQLAMA

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İçərişəhər ərazisində, Müslüm Maqomayev küçəsi ev 56 ünvanında yerləşən binanın damında tikinti işlərinin aparılmasına münasibət bildirib.

Manşet.az report-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 nömrəli qərarına və ona edilmiş əlavələrə əsasən sözügedən bina tarixi abidə statusu daşımayan xüsusi mülkiyyətdə olan qeyri-yaşayış binasıdır.

Vurğulanıb ki, ikimərtəbəli qeyri-yaşayış binası 2000-ci illərin əvvəllərində tikilib və Qoruq İdarəsi yaradıldıqdan sonra binaya heç bir konstruktiv əlavə və dəyişiklik edilməyib:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin mətbuat xidməti ictimaiyyətin nəzərinə çatdırır ki, 16.07.2021-ci il tarixində İdarəyə mülkiyyətçinin binanın damında təmir işlərinin aparılması üçün müraciəti daxil olub. Rəsmi müraciətə əsasən, binanın dama çıxan pilləkən qəfəsinə yüngül metal-şüşə materialdan, məhəccərlərinə isə təhlükəsizlik baxımından ümumi mənzərəni pozmamaq şərti ilə şəffaf şüşə materialdan konstruksiyaların quraşdırılmasına razılıq verilib. İşlər razılaşdırılmış layihə sənədləri əsasında İdarənin mütəxəssislərinin nəzarəti altında aparılır. Binanın terrasında hər hansı bir ictimai-iaşə obyektinin fəaliyyət göstərməyinə dair Qoruq İdarəsinə icazə üçün müraciət daxil olmayib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bir daha tariximizin və mədəniyyətimizin nadir incisi olan İçərişəhərin və onun abidələrinin qorunmasına biganə olmayan hər kəsə təşəkkür edir”.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin