Mikayıl Cabbarova yeni müavin təyin edildi - SƏRƏNCAM
18 Aprel 2024
18:10 - 22 İyun 2022
Sabirabad rayonunda ata və yeniyetmə oğlu güllələnib.
Manşet.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Minbaşı ərazi vahidliyinin Qarağac kəndində heyvan obasında baş verib.
Minbaşı kənd sakini, 1981-ci il təvəllüdlü Hüseynov Fazil Kamil oğlu və onun yeniyetmə oğlu, 2005-ci il təvəllüdlü Hüseynov İbrahim Fazil oğlu ayaqlarından ov tüfəngi ilə güllələnib.
Özlərinin bildirdiyinə görə, onlar kəndin çöllük ərazisində olarkən kənd sakini, 18 yaşlı Sahib adlı qonşuları maşınla ora gələrək, əlindəki qoşalülə tüfəngi yerə atıb, bu zaman tüfəngdən avtomatik açılan atəş ata və oğulu ayaqlarından yaralayıb.
Hər iki yaralı ayaq sümüyün zədələnməsi diaqnozu ilə əvvəlcə Şirvan şəhər xəstəxanasına, daha sonra isə Bakıya - Respublika Klinik xəstəxanasına yola salınıb.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin