DƏHŞƏTLİ HADİSƏ: Sabirabadda ata və oğul GÜLLƏLƏNDİ

18:10 - 22 İyun 2022

DƏHŞƏTLİ HADİSƏ: Sabirabadda ata və oğul GÜLLƏLƏNDİ

Sabirabad rayonunda ata və yeniyetmə oğlu güllələnib.

Manşet.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Minbaşı ərazi vahidliyinin Qarağac kəndində heyvan obasında baş verib.

Minbaşı kənd sakini, 1981-ci il təvəllüdlü Hüseynov Fazil Kamil oğlu və onun yeniyetmə oğlu, 2005-ci il təvəllüdlü Hüseynov İbrahim Fazil oğlu ayaqlarından ov tüfəngi ilə güllələnib.

Özlərinin bildirdiyinə görə, onlar kəndin çöllük ərazisində olarkən kənd sakini, 18 yaşlı Sahib adlı qonşuları maşınla ora gələrək, əlindəki qoşalülə tüfəngi yerə atıb, bu zaman tüfəngdən avtomatik açılan atəş ata və oğulu ayaqlarından yaralayıb.

Hər iki yaralı ayaq sümüyün zədələnməsi diaqnozu ilə əvvəlcə Şirvan şəhər xəstəxanasına, daha sonra isə Bakıya - Respublika Klinik xəstəxanasına yola salınıb.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin