İranda onlarla adam EDAM OLUNDU - RƏSMİ

18:07 - 22 İyun 2022

İranda onlarla adam EDAM OLUNDU - RƏSMİ

İranda üç ayda 100-dən çox insan edam edilib. 

Manşet.az xəbər verir ki, BMT bununla bağlı hesabat yayıb.

BMT-nin İnsan Haqları Şurasının 50-ci sessiyasında yeni hesabat təqdim edən BMT baş katibinin insan haqları üzrə müavini İran hökuməti tərəfindən insan haqlarının pozulması ilə bağlı çoxsaylı halları sadalayıb və 2022-ci ilin ilk 3 ayı ərzində İran hökumətinin 100-dən çox məhkumu edam etdiyini vurğulayıb.

BMT baş katibinin insan haqları üzrə müavini Nada əl-Naşif iyunun 31-də Antonio Quterreşin İranla bağlı son hesabatını BMT-nin İnsan Haqları Şurasına təqdim edib. O, 2020-ci ildə İranda 260 məhkumun edam edildiyini, bunun 2021-ci ildə 14-ü qadın olmaqla 310 nəfərə çatdığını söyləyib.

BMT baş katibinin insan haqları üzrə müavini daha sonra bu artım tendensiyanın davam etdiyini və təkcə 2022-ci ilin birinci rübündə, yəni yanvarın 1-dən martın 20-dək İslam Respublikasında ən azı 105 nəfərin edam hökmünün icra olunduğunu və onların bir çoxunun azlıq qruplarına mənsub olduqlarını bildirib.(Lent.az)


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin