<

Gecə 2-də dama çıxıb qışqıran şəxs haqqında ŞOK QƏRAR

18:02 - 22 İyun 2022 - CƏMİYYƏT

Gəncə şəhərində ictimai asayişi pozan şəxs həbs edilib.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə 3 gün əvvəl gecə saat 02 radələrində Kəpəz rayonu 3-cü mikrorayon ərazisində baş verib. Gecə saat 02 radələrində naməlum şəxs mikrorayondakı doqquzmərtəbəli binanın damına çıxıb və qışqırmağa, ünvansız söyüşlər söyməyə başlayıb. Sakinlərin müraciətindən sonra əraziyə polis əməkdaşları gəlib, lakin həmin şəxs damdan aşağı düşməkdən imtina edib və polisin tələbinə məhəl qoymayıb.

Daha sonra binanın damına çıxan polis əməkdaşları onu aşağı endirərək ərazi üzrə polis şöbəsinə aparıblar. Burada məlum olub ki, dama çıxaraq səs-küy salan, insanların istirahətinə mane olan şəxs Gəncə şəhər sakini, 25 yaşlı Orxan Məmmədlidir (şərti). Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535-ci (Polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddələri ilə protokol tərtib edilib və o, Kəpəz Rayon Məhkəməsinə göndərilib.

Kəpəz Rayon Məhkəməsinin qərarı ilə Orxan Məmmədliyə 15 sutka həbs cəzası verilib.


Loading...

Xəbər xətti

25 İyun 2022