Güclü yağış və sel Goranboyda ciddi fəsadlar törətdi

17:52 - 22 İyun 2022

Güclü yağış və sel Goranboyda ciddi fəsadlar törətdi

Goranboyda güclü yağışdan sonra sel gəlib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 15:00 radələrində rayonun Ağcakənd qəsəbəsinə güclü sel gəlib.

Sel suları səbəbindən qəsəbənin yolunda avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb.

Məlumata görə, sel qəsəbədə bir neçə avtomobili aparıb. Bundan əlavə sel suları evlərə dolub.

Hazırda yağışlı hava şəraiti davam edir.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin