Əhəd Abıyev məşhur taksi şirkətini alıb digəri ilə BİRLƏŞDİRDİ

11:52 - 25 İyul 2021 - CƏMİYYƏT

Azərbaycanda fəaliyyət göstərən məşhur *9933 taksi şirkəti satılıb.

 

Manset.az xəbər verir ki, sözügedən şirkət *2424 taksi şirkəti tərəfindən alınaraq, birləşdirilib. Birləşdirilmədən sonra şirkət “Aztaksi” adı ilə fəaliyyətə başlayacaq. Artıq müştərilərə “Az taksi” adı ilə mesajlar da göndərilir.

Qeyd edək ki, *2424 və “Aztaksi” şirkətlərinin Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyevə məxsus olduğu bildirilir. Hər iki şirkətə Ə.Abıyev öz yaxın adamlarını rəhbər təyin edərək fəaliyyət göstərir.

Məsələ ilə bağlı Ə.Abıyevdən münasibət öyrənmək mümkün olmayıb.

 

 

 

olke.az


Loading...

Xəbər xətti

20 Sentyabr 2021