Toylarla bağlı mühüm AÇIQLAMA - Hər 10 nəfərdən 5-i... (VİDEO)

11:51 - 25 İyul 2021

Toylarla bağlı mühüm AÇIQLAMA - Hər 10 nəfərdən 5-i... (VİDEO)

"Son vaxtlar koronavirusa yoluxan hər 10 nəfərdən 5-i toy və digər kütləvi tədbirlərdə yoluxur".

Manset.az  xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.

O bildirib ki, toyların keçirilməsinə icazə verilməsi yoluxma sayına öz təsirini göstərməyə başlayıb:

"Biz öz ölkəmizdə COVİD-19 problemini həll edə bilirik. Bunu zaman göstərdi. Yoluxanların sayında çox cüzi artım var. Bizə müraciət edən virusa yoluxmuş hər 10 nəfərdən 5-i toy və digər kütləvi tədbirlərdə olub-olmaması barədə sualımıza bəli deyir.

Lakin buna baxmayaraq yoluxma oktyabr-dekabr aylarındakı kimi vüsət almayıb. Toylarda ara məsafə saxlanılacağı, gigiyenaya riayət ediləcəyi təqdirdə maskasız ötüşmək olacaq".


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin