Qubada 66 yaşlı kişi İNTİHAR ETDİ

09:33 - 25 İyul 2021

Qubada 66 yaşlı kişi İNTİHAR ETDİ

Qubada 66 yaşlı kişi özünü asaraq öldürüb.

Manset.az xəbər verir ki, hadisə rayonun İkinci Nügədi kəndində qeydə alınıb.

Kənd sakini 1955-ci il təvəllüdlü Qadir Abasov özünü yaşadığı evdə asaraq öldürüb.

Hadisə yerinə Quba Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirib.

Qeyd edək ki, Q. Abasovun evdə tək yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin