General - leytenant Etibar Mirzəyev hadisə yerinə gəldi

09:03 - 25 İyul 2021

General - leytenant Etibar Mirzəyev hadisə yerinə gəldi

Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə yanğın baş verib.

 

Manset.az-ın məlumatına görə, Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də hadisə yerinə gəlib.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.

İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin