Ucarda avtomobil dərəyə düşdü - Sürücü xəsarət aldı

23:52 - 24 İyul 2021

Ucarda avtomobil dərəyə düşdü - Sürücü xəsarət aldı

Ucar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

1987-ci il təvəllüdlü Qasımov Fariz Şahin oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb. Hadisə zamanı sürücü ağır xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona bəbənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin