Nazirlik müəllimlərin işə qəbulu ilə bağlı narazılıqlara MÜNASİBƏT BİLDİRDİ

23:20 - 24 İyul 2021

Nazirlik müəllimlərin işə qəbulu ilə bağlı narazılıqlara MÜNASİBƏT BİLDİRDİ

Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunan test tapşırıqları haqqında sosial şəbəkədə yayılan narazılıqlara münasibət bildirib.

Manset.az-ın məlumatına görə, nazirlik məsələdən məlumatlı olduqlarını qeyd edib.

"Bunları nəzərə alaraq, ekspert komissiyası test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparacaq. Araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq"- deyə nazirlik əlavə edib.

Qeyd edək ki, MİQ-də iştirak edən namizədlər sosial şəbəkələrdə test tapşırıqlarının çətinliyindən şikayətləniblər.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin