TƏBİB Xalq artisti Səməd Səmədovun ölümü ilə bağlı məlumat yaydı

22:05 - 24 İyul 2021

TƏBİB Xalq artisti Səməd Səmədovun ölümü ilə bağlı məlumat yaydı

Xalq artisti Səməd Səmədov 23 iyul 2021-ci il tarixində 60-70 saturasiya ilə "Yeni klinika" tibb müəssisəsinə daxil olub. Döş qəfəsi kompüter tomoqrafiyasının nəticələrinə əsasən, onda koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib.

Manset.az xəbər verir ki, bunu TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib.

Rəviyyə Cəfərzadə


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin