Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
18:13 - 20 İyun 2022
Müğənni Sevda Yahyayeva toyunda geyindiyi gəlinliyini satışa çıxarmasından danışıb.
Manşet.az xəbər verir ki, bu barədə "MTV maqazin" verilişinə danışan sənətçi bahalı libası üçün hələ də müştəri tapa bilmədiyini deyib:
"Əslində onu satıram. İkinci dəfə geyinməyəcəm ki... Qiymətinin neçə olduğunu deyə bilmərəm. Çox bahalı bir libasdır. Eksklüziv olaraq mənim üçün hazırlanıb. Onu Türkiyənin məşhur modelyeri Muhammer Ketancı ərsəyə gətirib. Çox gözəl paltardır. Toyumda geyindim. İnşallah, mən onu sataram, alan insan da xoşbəxt olar".
Qeyd edək ki, sənətçinin toyu ötən ilin oktyabrında olub. İfaçı həkim Zakir Bayramovla ailə həyatı qurub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin