Yoluxanların sayı AÇIQLANDI

16:42 - 20 İyun 2022

Yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 015 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 165 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 134 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 490, bu günə qədər isə ümumilikdə 6 940 145 255 600 test icra olunub.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin