Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat CƏRİMƏ
24 Noyabr 2024
19:16 - 24 İyul 2021
Ötən sutka ərzində Cənubi Afrika Respublikasının (CAR) müxtəlif şəhərlərində rekord aşağı temperatur qeydə alınıb.
Manset.az xarici KİV-lərə istinadla xəbər verir ki, CAR meteorologiya xidməti ölkənin bir sıra şəhərlərində 19 yeni rekordun müəyyən edildiyini bildirib.
Yohannesburq şəhərində havanın hərarəti mənfi 7 dərəcəyədək enib. Şəhərdə əvvəlki aşağı temperatur rekordu 1995-ci il iyulun 19-da qeydə alınmışdı – mənfi 6,3 dərəcə. Kimberli şəhərində isə termometrlər mənfi 9,9 dərəcəni göstərib. 2000-ci ildə burada havanın hərarəti mənfi 8,1 dərəcəyə enmişdi.
Ölkənin bəzi rayonlarına qar yağıb. Meteoroloqlar yaxın zamanlarda temperaturun normaya düşəcəyini proqnozlaşdırırlar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin