Azərbaycan tarixində bir ilk - Komitə sədri açıqladı

11:42 - 20 İyun 2022

Azərbaycan tarixində bir ilk - Komitə sədri açıqladı

“Tarixdə ilk dəfə Azərbaycanın neft və qaz ixracından əldə etdiyi valyuta gəlirləri bərabərləşməkdədir”. 

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu 2022-ci ilin dövlət büdcəsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. 

O, 2022-ci ilin ilk 5 ayında neft və qaz ixracında əldə edilən gəlirləri də açıqlayıb. 

“Cari ilin ilk 5 ayında neft ixracından 3,8 milyard dollar, qaz ixracından 3,5 milyard dollar gəlir əldə olunub”, - deyə deputat əlavə edib. 


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin