Rusiya ordusu bu ərazidən geri çəkildi - SƏBƏB?
27 Noyabr 2024
18:21 - 24 İyul 2021
Ermənilərin Azərbaycanla sərhəddə törətdiyi təxribatlar özlərinə baha başa gəlir. Kəlbəcər-Göyçə sərhədində dünəndən başlayan gərginlik bölgədə yaşayan ermənilər arasında böyük təlaş yaradıb.
Manset.az Türküstan.info-ya istinadən xəbər verir ki, Kəlbəcərlə sərhəddə yerləşən erməni kəndlərinin sakinləri bu gecə kəndləri tək edərək Basarkeçər rayonunun mərkəzinə və ya Ermənistanın başqa rayonlarına yollanıblar. Yerli sakinlərin mediaya bildirdiyinə görə əsasən qadınlar, qocalar və uşaqlar bölgədən təhlükəsiz yerlərə çıxarılıb. "Elə yerlər var ki, kənd tamamilə boşaldı bir gecədə. Çünki, silah səsləri evimizin içində eşidilir. Azərbaycan hərbçilərinin əks hücumu qəfil başladı. Sanki, ildırım çaxırdı. Belə bir şəraitdə bu kəndlərdə yaşamaq və təsərrüfatla məşğul olmaq mümkünsüz görünür”- deyə kənd sakini bildirir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin