Şəmkirdə polisə müqavimət göstərən iş adamı Azadlığa buraxıldı

14:31 - 24 İyul 2021

Şəmkirdə polisə müqavimət göstərən iş adamı Azadlığa buraxıldı

Şəmkirdə polisə qarşı zor tətbiq etdiyi iddia olunan "Qoşa Qala" restoranının sahibi, Şəmkir sakini Tural Zeynalov azadlığa burxaılıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, T.Zeynalov barəsində seçilən həbs qətimkan tədbiri dəyişdirilib.

Şəmkir Rayon Məhkəməsi müdafiəçinin vəsatətinə əsasən T.Zeyalov barəsində həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edib və o, həbsdən buraxılıb.

Qeyd edək ki, prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, rayon sakini Tural Zeynalov sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Qala” restoranında iyunun 22-də saat 14 radələrində “Xüsusi karantin rejiminin tətbiq edilməsinə dair Qaydaları”nın karantin dövründə toy şənliklərinin qadağan olunması barədə tələblərini pozaraq həmin restoranda toy məclisinin keçirilməsini təşkil edib.

Onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışaraq öz xidməti vəzifəsini icra edən polis əməkdaşı Vüqar Qarayevə yumruqla zərbələr vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə müqavimət göstərib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılmışdı. T.Zeynalov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin