“Bitcoin” ucuzlaşmaqda davam edir - QRAFİK

10:34 - 15 İyun 2022

“Bitcoin” ucuzlaşmaqda davam edir - QRAFİK

“Bitcoin” (BTC) çərşənbə gününə cüzi enişlə başlayıb, bundan sonra sabit hərəkətlə davam edib.

 

Manset.az xəbər verir ki, Bakı vaxtı ilə saat 07:32-də kriptovalyuta 21 659 dollar olub.

“CoinMarketCap” resursuna görə, kriptovalyutanın 24 saat ərzində minimum dəyəri 21 450 dollar, maksimum dəyəri isə 23 018 dollar yüksəklikdə müəyyən edilib.

Kapitallaşmaya görə ikinci ən böyük kriptovalyuta “Ethereum” da günə cüzi enişlə başlayıb. Saat 08:21-də kriptovalyuta 1185 dollara satılıb.

Qeyd edək ki, “Bitcoin”in rekord qiyməti 64,85 min dollar olub.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin