Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
18:12 - 14 İyun 2022
Məşhur türkiyəli aktyor Aydemir Akbaş həyat yoldaşı ilə bağlı səs-küylü açıqlama verib.
Manşet.az sfera.az-a istinadən bildrir ki, 1964-cü ildə evləndiyi teatr aktyoru Beyhan Beneklə iki dəfə boşanıb üçüncü dəfə evlənən Akbaş “2. Sayfa” verilişinin qonağı olub. Aktyor çıxışı zamanı yaşlılarla oturub durmadığını deyib:
“Həmişə yanımda gənc qızların olmasını istəyirəm. Əgər Beyhanla evlənməsəydim, Nebahat Çehrə ilə ailə həyatı qura bilərdim. Çox layiqli insandır. Gedin və evini gəzin! Çox təmiz, səliqəli, muzey kimidir. Amma mənim üçün də, Beyhan üçün də Nebahat Çehre dünyanın ən şanssız qadınlarından biridir... Beyhan bu açıqlamalarıma pis olmaz. Həyat yoldaşım həmişə mənə deyir ki, sən kişisən, bunu edəcəksənsə, mənim səviyyəmdə olan biri ilə et”.
86 yaşlı aktyor sözlərini belə davam etdirib:
"Kişi aldadar! Bunu etməyən adam var ki? Fürsət tapacaq, amma etməyəcək. Kişilərə inanmayın. Biz üç dəfə ailə həyatı qurduq, iki dəfə boşandıq, amma xırda səbəblərə görə. Allah eləməsin, amma Beyhan indi ölsə, 20 yaşlarında birini alacam. Lazım olsa niyə də olmasın. Niyə yaraşmasın? 20 dedim, amma ona ilişməyin, 30-40 da fərq etməz”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin