Rusiya ordusu bu ərazidən geri çəkildi - SƏBƏB?
27 Noyabr 2024
19:35 - 23 İyul 2021
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyində yeni təyinatlar olub.
Manset.az-ın məlumatına görə, bu təyinatlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin birinci müavini general-mayor Kənan Seyidovla bağlıdır.
Prezident İlham Əliyevin sərəncamına əsasən, general-mayor Seyidov Kənan Əlihüseyn oğlu Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri təyin olunub.
Qeyd edək ki, ötən ilin noyabrın 20-də general-mayor rütbəsi alan Kənan Seyidov Vətən müharibəsi işitakçısıdır. O, ikinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə 4 medala layiq görülüb. K.Seyidov “Vətən Müharibəsi Qərhrəmanı” adı ilə birgə Şuşa, Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin