COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
12:36 - 14 İyun 2022
Azərbaycan Ordusunun əsgərinin cərəyan vurması nəticəsində ölməsinə görə cinayət işi açılıb.
Bu barədə Manset.az-a Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib. Xəbərə görə, fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunmuş və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.
09:16
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu iyunun 13-də Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölüb.
Bu barədə Manset.az-a Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin