Hande xəyanət iddialarına CAVAB VERDİ

22:35 - 13 İyun 2022

Hande xəyanət iddialarına CAVAB VERDİ

Türkiyəli aktrisa Hande Erçel ona xəyanət etdiyi deyilən sevgilisi aktyor Kaan Yıldırım barədə müsahibə verib.

Manşet.az xəbər verir ki, aktrisa Yıldırımın Bodrumda başqa xanımla görüntülənməsiylə bağlı suallara belə cavab verib:

"Hazırda həyatımda heç kim yoxdur. Bütün diqqətimi işimə vermişəm. Çox xoşbəxtəm. Kaan hər zaman dostum idi, elə də qalacaq".

Qeyd edək ki, bu ilin martında onların eşq yaşadıqları ortaya çıxmışdı. Bir neçə gün əvvəl isə aktyorun Handeyə ailə dostları Tuğçe Açıkgözlə xəyanət etdiyi haqda xəbərlər yayılmışdı.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin