COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
13:00 - 13 İyun 2022
TikTok tətbiqində onlayn oyun fəlakətlə nəticələnib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 12 yaşlı Arçi Betırsbi aprelin 7-sində TikTok-da onlayn boğulma oyununu sınayarkən nəfəsi kəsilib.
Anası evdə onu boynunda iplə tapıb.
Uşaq dərhal xəstəxanaya yerləşdirilib.
O vaxtdan bəri komada olan Arçinin beyin sapının aşağı hissəsini əhəmiyyətli dərəcədə zədələdiyi bildirilib.
Əvvəlki analizlərdən sonra heç bir yaxşılaşma olmayıb.
Hətta pisləşmələrin də olduğunu deyən həkimlər, Arçinin sağ qalma şansının çox aşağı olduğunu bildiriblər.
Arçinin xüsusilə TikTok-da məşhur olan özünü boğaraq huşunu itirmə oyununu oynadığı iddia edilir.
Onun anası bütün ailələri bu dəhşətli oyuna qarşı diqqətli olmaları barədə xəbərdar edib.
ABŞ-də bu oyundan onlarla uşaq ölüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin