Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına CAVAB
24 Noyabr 2024
10:04 - 13 İyun 2022
Həcc ziyarətinə gedən zəvvarlar üçün yeni mobil tətbiq hazırlanıb.
Manset.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “ağıllı zəvvar” adlanan texnoloji yenilik ziyarətə gələcək qrupların rəhbərləri ilə əlaqə yaradaraq hər hansı qayda pozuntusu və şikayətlər barədə müvafiq qurumlara operativ məlumat çatdıracaq.
Məlumata görə, builki Həcc mövsümündə zəvvarlara daha yaxşı xidmət göstərilməsi məqsədilə smart kart xidmətlərindən geniş şəkildə istifadə olunacaq. İlk dəfə həyata keçiriləcək texnoloji yenilik sayəsində sözügedən tətbiqi telefonuna yükləyən zəvvarlar qarşılaşdığı problemlər barədə məlumat verəcək və onların şikayətlərinə dərhal baxılacaq. Bu məqsədlə nazirliyin nəzdində xüsusi qrup yaradılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin