Əhaliyə pensiyalarla bağlı ŞAD XƏBƏR - Artım olacaq
6 Noyabr 2024
14:04 - 23 İyul 2021
“Dünya hazırda digər təhlükəli xəstəlikləri unudaraq koronavirusla mübarizə aparır”.
Manset.az xəbər verir ki, bu məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və BMT-nin Uşaq Fondunun hesabatında yer alıb.
Hesabata əsasən, bir il ərzində uşaqların qızılca, göy öskürək və digər xəstəliklərə qarşı peyvənd olunma templərində geriləmə qeydə alınıb.
Mütəxəssislərin məlumatlarına görə, ötən il 23 milyon uşaq əsas xəstəliklərə qarşı immunizasiya ilə əhatə olunmayıb.
ÜST-nin hesabatında qeyd olunur ki, dünyada 17 milyon uşaq heç bir vaksin qəbul etməyib, 66 ölkədə isə 57 kütləvi peyvənd kampaniyası təxirə salınıb.
Bununla yanaşı, təqribən 22,7 milyon uşaq difteriya, tetanus və göy öskürəyə qarşı peyvəndin ilk dozasını qəbul etməyib. Qızılcaya qarşı vaxtında peyvənd olunmayan uşaqların sayı isə 3 milyon artaraq 22,3 milyona çatıb.
ÜST, həmçinin xəbərdarlıq edir ki, bu, gec və ya tez xəstəliklərin genişmiqyaslı artımı və çox sayda qurbanların olması ilə nəticələnə bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin