Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
14:33 - 11 İyun 2022
Aktyor Elməddin Cəfərov maraqlı açıqlaması ilə diqqət çəkib.
Manset.az xəbər verir ki, "10-da görüşək" proqramına qonaq olan aktyor başına gələn maraqlı hadisədən danışıb. O, ilk avtomobilinin içində olan zaman nəqliyyat vasitəsinin partladığını deyib:
"Fərdayla ilk dəfə maşın almışdıq. Hazırda o maşından yoxdur, 1974-ci ilin modeli idi. Getdiyimiz yerdə avtomobil altımızda partladı. Açarı yox idi, naqilləri birləşdirərək maşını işə salırdıq. Alanda demişdilər ki, avtomobili işə salanda və söndürəndə ehtiyatlı olun. Normalda maşını işə salanda partlamalıdır, bizdə əksinə oldu. Sükan arxasında Fərda idi. Soruşdum ki, nə oldu? Bir də gördüm, Fərda düşüb qaçıb, Ayna Sultanovanı keçib. Əslində isə təşvişə düşəndə qaçmaq olmur. Mən də təşvişdə idim, şüşə qaldıranı dartırdım ki, qapı açılsın. Zülmlə açıb düşdüm. İlk avtomobilim altımda partladı".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin