Əfqanıstanda öldürülən 100-dən çox sakinlə bağlı müəmma

12:26 - 23 İyul 2021

Əfqanıstanda öldürülən 100-dən çox sakinlə bağlı müəmma

Naməlum şəxslər Əfqanıstanda 100-dən çox dinc sakini qətlə yetirib.

Manset.az xəbər verir ki, bu məlumatı ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Mirvais Stanekzay açıqlayıb.

Onun sözlərinə görə, insident Qəndahar əyalətinin “Taliban” hərəkatı döyüşçüləri tərəfindən ələ keçirilməsindən sonra Spin-Boldak adlı bölgədə baş verib.

Məlumata əsasən, Əfqanıstan hökuməti dinc sakinlərin ölümündə məhz bölgəyə nəzarəti ələ keçirən “Taliban”ı günahlandırır.

“Qəddar terrorçular Pəncabdan olan rəhbərlərinin əmri ilə Spin-Boldakın bir neçə ərazisində günahsız əfqanların evlərinə basqın təşkil edib, evləri talan edib və yüzdən çox günahsız insanı qətlə yetiriblər”,- deyə M. Stanekzay əlavə edib.

“Taliban” isə öz növbəsində dinc əhalinin qətlində iştirak etdiyini təkzib edir. 

Qeyd edək ki, Pakistanla sərhəddə yerləşən Spin-Boldak bölgəsi bir müddət əvvəl “Taliban” döyüşçülərinin nəzarəti altına keçsə də, Əfqanıstanın hökumət qüvvələri bölgəyə nəzarəti geri qaytara bilmişdi.

Əfqanıstanla Pakistan arasında sərhəddəki Spin-Boldak bölgəsində yerləşən keçid məntəqəsi ticarət baxımından strateji mövqeyə malikdir.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin