Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
12:11 - 23 İyul 2021
Arşak Karapetyanın Ermənistanın müdafiə nazirinin birinci müavini təyin olunması nazirlikdə elə də xoş qarşılanmayıb.
Manset.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, A. Karapetyanın bu vəzifəyə təyin olunmasından sonra nazirlikdə istefalar başlayıb.
Məsələ burasındadır ki, Karapetyanın hələ bu vəzifəyə təyin olunmamışdan əvvəl nazirliyin bəzi şöbələrinin rəhbərləri ilə yaxşı münasibətləri olmayıb. Bu günə qədər tərəflər arasında insidentlər, təhqirlər və s. bu kimi xoşagəlməz hallar baş verib.
İndi isə keçmişdə onunla yola getməyən şəxslər istefaya göndəriləcəkləri günü gözləmədən özləri nazirliyi tərk edirlər. Artıq istefa ərizəsini yazan şəxslər arasında əsaslı tikinti şöbəsinin müdiri, kadr və hərbi-təhsil siyasəti üzrə Baş idarənin rəisi, hüquq şöbəsinin müdiri və bir sıra digər strukturların rəhbərləri var.
Qeyd edək ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Karapetyanı ölkənin Silahlı Qüvvələrinin Baş qərargahının rəis müavini vəzifəsindən azad edərək bu vəzifəyə gətirib. Bununla bağlı müvafiq qərar iyulun 20-si verilib.
Arşak Karapetyan faktiki olaraq elə həmin gün istefa vermiş müdafiə naziri Vakarşak Arutyanyunun səlahiyyətlərini icra edəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin