Qəzada ayağı sındı - həkimlərin yardımından imtina etdi

11:55 - 23 İyul 2021

Qəzada ayağı sındı - həkimlərin yardımından imtina etdi

Quba-Xaçmaz avtomobil yolunda baş verən qəzada xəsarət alan Xaçmaz sakini tibbi yardımdan imtina edib.

Manset.az xəbər verir ki, bu barədə  Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Belə ki, Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsi ərazisində avtoqəza zamanı xəsarət alan Xaçmaz şəhər sakini, 1964-cü il təvəllüdlü Bəsti Qasimbala qızı Məmmədova Quba Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanada ona sağ bazu sümüyünün sınığı, sol diz oynağının əzilməsi diaqnozu qoyulub. Lakin o, xəstəxanada ilkin tibbi yardım göstərilməsindən imtina edib.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin