Azərbaycandan Fars körfəzinə dəmir yolunun çəkilişi müzakirə edilir
17 Noyabr 2024
13:46 - 10 İyun 2022
Xalq artisti Aygün Kazımova 34 il sonra yenidən "Ey mənim dünyam" adlı mahnısını səsləndirib.
Manset.az xəbər verir ki, müğənni sözügedən ifanı ilk dəfə 1988-ci ildə oxuyub.
“İlk mahnım, ilk hitim, “Bakı payızı 88” yarışmasında mənə uğur gətirən mahnılardan biri, Vaqif Gərayzadə ilə ilk iş birliyimiz” deyə, Kazımova bildirib.
Pop ulduz bu mahnının onun yaradıcılığında xüsusi yeri olduğunu vurğulayıb.
Qeyd edək ki, ifanın musiqisi Vaqif Gərayzadəyə, sözləri isə Sərvər Quliyevə aiddir. “Remake” versiyanın aranjimanı isə Hakan Erola aiddir.
Aygün Kazımova “Ey Mənim Dünyam” mahnısı üçün fərqli obrazda, yeni fotosessiya da etdirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin