Sabiq nazir gəlinindən mərhum qayınatası ilə bağlı paylaşım - FOTO

10:36 - 10 İyun 2022

Sabiq nazir gəlinindən mərhum qayınatası ilə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının keçmiş energetika naziri Natiq Əliyevin ölümündən 5 il ötür.

 

Manset.az xəbər verir ki, mərhum nazirin gəlini müğənni Səfurə Əlizadə bununla bağlı paylaşım edib.

O, qayınatası Natiq Əliyevin fotolarını yayımlayaraq "Allah rəhmət etsin" sözlərini yazıb. Şəkillərdən birində Səfurənin böyük oğlu İsgəndərin babası ilə görüntüsü də yer alıb.

Qeyd edək ki, Natiq Əliyev 1947-ci il noyabrın 23-də Bakıda anadan olub. O, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsini icra edib. 2005-2013-cü illərdə isə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri olan Natiq Əliyev 2013-cü ildən Azərbaycan Respublikasının energetika naziri vəzifəsində çalışıb. Keçmiş nazir 2017-ci il iyunun 8-də Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Səfurə Əlizadə Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir. Cütlüyün 3 övladı var. Onlar uzun illərdir Türkiyədə yaşayırlar. 


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin