Uşaq bağçasında yaşayan qadını öldürən polis imiş - Rəsmi

10:35 - 23 İyul 2021

Uşaq bağçasında yaşayan qadını öldürən polis imiş - Rəsmi

Sabirabad rayonunda uşaq bağçasında öldürülən qadını polis tərəfindən qətlə yetirdiyi məlum olub.

Manset.az xəbər verir ki, Prokurorluqdan verilən məlumata görə, iyulun 22-i saat 13 radələrində Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

Müəyyən edilib ki, zərərçəkmişin tanışı Əliağa Sultanov iyulun 21-i saat 21 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı küt əşya ilə Mübarək Ağayevanın baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliağa Sultanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq  davam edir.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, iyulun 22-də Sabirabad rayonu ərazisində Ulacalı kənd sakini Mübarək Ağayevanı öldürən şəxs polis əməkdaşı olub. Əliağa Soltanov DİN-in Sabirabad Regional Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantıdır.

Onun xidmətdən kənar vaxtı, kəsici-deşici alətlə M.Ağayevanı qətlə yetirilməsi müəyyən olunub. Ə.Soltanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin