ABŞ-ın Azərbaycandakı keçmiş səfirləri bəyanatla çıxış ediblər

19:40 - 13 İyun 2021

ABŞ-ın Azərbaycandakı keçmiş səfirləri bəyanatla çıxış ediblər

İyunun 12-də Azərbaycan və Ermənistan iki ölkə arasında və ümumilikdə, Cənubi Qafqazda gərginliyi azaltmaq üçün vacib addımlar atıb. Bu bəyanatla Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta və səfir Riçard Hoqland çıxış ediblər.

Xəzər Siyasət Mərkəzindən Manşet.az-a daxil olan bəyanatda bildirilir ki, Azərbaycan ərazisinə qanunsuz keçdiyinə görə saxlanılan 15 Ermənistan vətəndaşını sərbəst buraxıb və Ermənistan Azərbaycanın nəzarətinə qayıdan ərazilərdə tank və piyada əleyhinə yerləşdirilən minaların xəritələrini təqdim edib. Mübadilə Gürcüstan-Azərbaycan sərhədində Gürcüstan hökumət nümayəndələrinin iştirakı ilə reallaşıb.

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2020-ci ilin noyabrında imzalanan, Ermənistan və Azərbaycan arasında döyüşlərə son qoyan atəşkəs bəyanatına baxmayaraq, son aylarda gərginliyin ciddi şəkildə artdığının vurğulandığı bəyanatda deyilir: “Azərbaycanın saxlanılan erməniləri geri qaytarması və Ermənistanın əvvəllər işğal olunmuş ərazilərin minalardan təmizlənməsinə yardım edəcək məlumatları təqdim etməklə bağlı qərarı Cənubi Qafqazda artan gərginliyin dayandırılmasında vacib rol oynayır. Ümidvarıq ki, hər iki ölkə davamlı sülhün qurulması yolunda daha qətiyyətlə irəliləyəcək”.

“Eyni zamanda, Ermənistan və Azərbaycan hökumətlərinin iyunun 12-də atdığı addımlar nə qədər vacib, zəruri və yüksək səviyyədə qarşılansa da, on illərlə davam edən qarşıdurmaya son qoymaq və hər iki ölkəyə davamlı sülh yaratmağa kömək etmək üçün səylər davam etdirilməlidir. İyunun 12-də atılan addımlar mərkəzləşdirilmiş, dayanıqlı və yüksək səviyyəli diplomatiyanın təsirli ola biləcəyini göstərdi. ABŞ, ATƏT-in Minsk qrupu və təsir gücünə malik digərləri prosesi irəli aparmaq üçün çalışmağa davam etməlidirlər” – deyə bəyanda vurğulanır.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin