Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
14:44 - 8 İyun 2022
Bir neçə gün əvvəl Bakıdakı möhtəşəm xına məclisi ilə gündəmə gələn aktyor Jan Klod Van Dammın gəlini Suada Hacızadə bu dəfə də bütün diqqətləri üzərinə çəkib.
Manset.az xəbər verir ki, Van Dammın 35 yaşlı oğlu Kristoferlə evli olan 22 yaşlı Hacızadə instaqram hesabında izləyicilərin suallarını cavablandırıb. O, Krislə tanış olmasından və bu münasibətin ailələri tərəfindən necə qarşılanması barədə danışıb:
“Hamıya ən maraqlısı budur - biz necə tanış olmuşuq? Deyilənlər kimi, “TikTok” və ya “Qız Amerikada yaşayırdı, orada tanış olublar” deyil. Bu kimi yalanları özlərini mənə yaxın bilib profil açıb yazanlar yayırlar. Biz Krislə 2016-cı ildən bu yana dost olmuşuq. Tanışlığımız isə necə və harada olub - yaxın zamanda biləcəksiniz”.
Suada qayınatası Van Dammla ilk qarşılaşmasını belə xatırlayır:
“İlk dəfə realda tanış olanda mənə tərəf gələ-gələ qollarını açıb “Qızım” səsləndi və qucaqladı. Sadə iki insan, ailə kimi tanış olduq. Aramız çox yaxşıdır. Öz uşaqları ilə necə danışırsa, məni də eyni cür qəbul etdi. Səmimi, ürəyi sevgi ilə dolu bir ata. Qayınanamla öz anam kimi, bacısıyla bacım, qardaşıyla qardaşım kimiyəm”.
Hacızadə deyib ki, Krislə ailəli olsalar da, ayrı yaşayırlar:
“Amerikada olmamışam. Bir ildir, viza gözləyirəm. O da hələ gələ bilmir. Çünki film sahəsi asan deyil, iş çoxdur. Bu, bizim şəxsi həyatımızdır. Kris ən qısa zamanda bizim adətlərlə tanış olmaq, kabab və plovu dadmaq istəyir. Ən əsası isə, qusarlı “Kənd həyatı” kanalını aparan xanım ilə tanış olmaq istəyir. Hər gün ona baxır. Yaxın zamanda Azərbaycana gələcək. Bu il bizim üçün çətin oldu. Evli olaraq birlikdə yanbayan olmamaq çox çətindir. Amma bunun da öhdəsindən birlikdə ailələrimizin və dostlarımızın köməyi ilə gələcəyik. Bakıda doğulmuşam və burada yaşayıram. Hələ də Bakıdayam. Viza almaq prosesində də burada qalıram”.
Suada Kristoferin Van Dammın oğlu olduğunu uzun illər bilmədiyini qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin