Azərbaycanda bəzi deputatlara mənzil verildi
Manset.az-ın məlumatına görə, paytaxt təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda Rusiyada "Soçi" klubu ilə qarşılaşıb. "Fişt" stadionunda oynanılan və albaniyalı referi Enea Yorcinin idarə etdiyi görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada ilk qolu 10-cu dəqiqədə Soçi təmsilçisinin heyətində Rodriqo vurub. İlk hissə bu hesabla yekunlaşıb. "Keşlə" 67-ci dəqiqədə 2-ci qolu qapısında görüb. Bu dəfə Kristian Noboa penaltidən fərqlənib. 74-cü dəqiqədə qonaqların heyətində Rəhman Hacıyev zədələnərək meydanı tərk edib. Matçda son nöqtəni isə 81-ci dəqiqədə Maksim Barsov qoyub.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 29-da Bakıda olacaq. Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi "Qarabağ" isə evdə İsrail "Aşdod"u ilə qolsuz heç-heçə edib.