300 milyard dolların təsdiqləndiyi an - VİDEO
24 Noyabr 2024
16:17 - 7 İyun 2022
Alimlər kolorektal xərçəng üçün yeni dərman hazırlayıblar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yoğun bağırsaq xərçənginə qarşı yeni dərman təcrübədən keçirən alimlər tədqiqatlarının nəticələrinə inana bilməyiblər.
İştirak edən 18 xəstənin hamısı sağalıb və bədənlərində xərçəng əlaməti qalmayıb.
Tədqiqatçılar yeni dərmanın xərçəngin müalicəsində böyük rol oynayacağını bildiriblər.
Tədqiqat hələlik 18 nəfərlik kiçik qrup üzərində aparıldığı üçün daha böyük təcrübələrə ehtiyac var, lakin bu xəbər yenə də elm aləmində böyük əks-səda doğurub.
Ağ Evin Xərçəng üzrə Məsləhət Şurasının üzvü Diaz, onların təcrübəsinin kiçik olsa da, əhəmiyyətli rol oynayacağını bildirib:
"Hazırda eyni üsulun digər xərçənglərdə də təsirli olub-olmadığını araşdırırıq".
“Dostarlimab” adlı yeni dərman xərçəng hüceyrələrinin maskasını açır, immunitet sisteminə onları tanıyıb məhv etməyə imkan verir.
Müalicə hüceyrələrin DNT-nin zədələnməsini bərpa etməsinə mane olan gen mutasiyasını paylaşan şişlər üçün tətbiq edilib.
Bu mutasiyalar tədqiqat iştirakçıları da daxil olmaqla bütün xərçəng xəstələrinin təxminən 4 faizində müşahidə olunur.
Tədqiqatda iştirak edən on səkkiz xəstə əvvəllər kolorektal xərçəng üçün cərrahiyyə və kimyaterapiya kimi müalicə almayıb.
Dərman xəstələrə altı ay ərzində üç həftədən bir verilib və hər dozanın qiyməti təxminən 11 min dollardır.
Xəstələri 12 ay nəzarətdə saxlayan tədqiqatçılar, prosesin sonunda xərçəng də daxil olmaqla heç bir əlamət görməyiblər.
Tədqiqat bu sahədə inqilab olsa da, həkimlər xərçəngin möcüzəvi müalicəsini elan etmək üçün hələ tez olduğunu bildirirlər.
İndi daha çox şəxsin iştirakı ilə tədqiqat və təcrübələrin genişləndirilməsi planlaşdırılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin