“Zibillikdən butulka yığırdım, bədənimin hər yeri yara idi” - VİDEO

10:47 - 7 İyun 2022

“Zibillikdən butulka yığırdım, bədənimin hər yeri yara idi” - VİDEO

Aktyor Elcan Rəsulov yaşadığı çətin uşaqlıq illərindən danışıb.

 

Manset.az  xəbər verir ki, “Söz baz” verilişində qonaq olan sənətçi ilk qazancını açıqlayıb:

“İlk qazancım, deyəsən, 1 məmməd idi (köhnə pulla 1000 manat-red.). 6 ya 7-ci sinifdə oxuyurdum. O zamanlar Yeni Yasamalda binalar yox idi, düzənlik bir yer idi. Yığılan zibilləri aparıb ora tökürdülər. Qonşularımızdan 1-2 nəfərlə oranı kəşf etmişdik. Çünki ən çox butulka orada olurdu. Zibilliyin içindən butulkaları yığıb temizləyib yeşiklərə yığırdıq.

Bədənimizin hər yeri yara idi, çünki zibilliyin içindən butulka yığdığımız üçün cücülər bizi dişləyirdi. Adı Seyid olan bir dostum var idi, mənə yaxından baxıb dedi ki, çox pis gündəsən, heç kim üzünə də baxmayacaq.

Sonra çox pis oldum ki, bəlkə bir də ora getməyim, amma yenə getdim. O qədər getdik ki, orada da butulka bitdi. Bunları danışmaqdan heç zaman utanmamışam”.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin